• cümə, 26 Aprel, 11:37
  • Baku Bakı 12°C

Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib

17.11.19 10:15 965
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) təşkilatçılığı ilə Ankarada Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib.
AZƏRTACxəbər verir ki, mərasimdə diplomatlar, sabiq millət vəkilləri, görkəmli alimlər, Ankaradakı soydaşlarımız, QHT və KİV nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmin nümayişindən sonra çıxışlar olub.
Mərasimdə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) ilə Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində salınan Xocalı parkının və şəhidlərimizin xatirəsinə ucaldılan abidənin, eləcə də TMCD tərəfindən yaradılanwww.hocalisoykirimi.orgsaytının və "Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” kitabının təqdimatı keçirilib.

banner

Oxşar Xəbərlər