AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır

AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır

İqtisadiyyat
30 Oktyabr 2020, 13:51 155
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının azalması gözlənilmir, əksinə, artım baş verə bilər.
 
"APA-Economics"in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov deyib.
 
"Bizim proqnozumuza görə, bankın rəsmi valyuta ehtiyatları stabil qalacaq və yaxud bir qədər artacaq", - deyə AMB sədri qeyd edib.
Bank sektorunun mövcud vəziyyətinə toxunan E. Rüstəmov bildirib ki, bankların portfelinin vəziyyətini təhlil etmək üçün geniş həftəlik monitorinqlər aparılır və situasiya mart ayında keçirilmiş stress-testlərin nəticələrindən, yəni proqnozlaşdırılandan daha yaxşıdır. E. Rüstəmov əlavə edib ki, bu barədə növbəti həftə əlavə açıqlamalar veriləcək.
 
Sədr qeyd edib ki, COVID-19 pandemiyası şəraitində bank sektorunda və xüsusən istehlak kreditlərində pisləşmə var və bu, normaldır, lakin bank sektorunun ikiqat kapital buferi sayəsində pandemiya bankların maliyyə vəziyyətinə təsir göstərmir.