AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AMB: Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları yanvar-oktyabrda 2%-dək artıb

AMB: Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları yanvar-oktyabrda 2%-dək artıb

İqtisadiyyat
30 Oktyabr 2020, 13:07 149
Azərbaycanda manatla geniş pul kütləsi son bir ayda 1,8%, cari ilin əvvəlindən isə 1% artıb.
 
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına kredit qoyuluşları cari ilin yanvar-oktyabr aylarında 1,9%, o cümlədən real sektora 2,6% artıb.

"Mərkəzi Bankın qısamüddətli notlar üzrə faiz dərəcələri ötən iclasdan bəri (18 sentyabr – red.) azalaraq faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb ki, bu da bank sektorunun likvidliyi mövqeyindən irəli gəlir. Belə şəraitdə banklararası bazarda orta faizlərin və dövlət qiymətli kağızların gəlirliyinin azalması davam edir", - deyə E. Rüstəmov qeyd edib.