• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Almaniyada azərbaycanlı həkimlər erməni təxribatı ilə bağlı ÜST-ə müraciət edib

15.07.20 17:24 670
Almaniyada azərbaycanlı həkimlər erməni təxribatı ilə bağlı ÜST-ə müraciət edib
Almaniyada yaşayan bir qrup azərbaycanlı həkim Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) region üzrə rəsmisi Dr. Hans Henri P.Klugeyə rəsmi müraciət edib.
Bu barədəAPA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O bildirib ki, müraciətdə təşkilat rəsmisi Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi silahlı təxribat, atəşkəsin kobud şəkildə pozulması, eləcə də mülki şəxslərin atəşə tutulması barədə məlumatlandırılıb. Rəsmi müraciətdə Azərbaycanın illərdir Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyi qeyd olunub:"Dünyada və regionda koronavirus kimi müharibənin hökm sürdüyü bir dönəmdə Ermənistanın növbəti təcavüzkar addımları yolverilməzdir. Hesab edirəm ki, dünyanın COVID-19-la mübarizə apardığı bu çətin dönəmdə düşmənin bizə qarşı özünəməxsus şəkildə hiyləgərcəsinə zərbə vurmaq istəyi səhiyyə təşkilatları tərəfindən ciddi şəkildə pislənməlidir. Bu istiqamətdə mən və bir neçə Almaniyada yaşayan həmkarlar artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) region üzrə rəsmisi Dr. Hans Henri P. Klugeyə rəsmi müraciət etdik. Təşkilat rəsmisini Azərbaycana dəstək olmağa və bu dönəmdə Ermənistanın bir daha etdiyi haqsızlığı bütün dünyaya məhz ÜST-nin mərkəzi ofisindən çatdırmağa çağırdıq. Düşünürəm ki, Ermənistanın törətdiyi bu təxribatın ÜST-nin mərkəzi ofisindən bütün dünyaya çatdırılmasının əsl zamanıdır. Bununla da biz nəinki siyasi arenada, eyni zamanda dünyanın səhiyyə arenasında da Ermənistanın iç üzünü hər kəsə bildirmiş olarıq. Fikrimcə, bu istiqamətdə tədbirlər gecikmədən başlanmalıdır və ÜST-nin Bakı ofisi də bu işdə öz dəstəyini nümayiş etdirməlidir".
banner

Oxşar Xəbərlər