Alişan: Mən sata bilmədim, amma məni çox satdılar

Arabesk musiqiləri ilə sevilən Türkiyənin məşhur müğənnilərindən olan Alişan şəxsi həyatı ilə bağlı Türkiyə mətbuatına açıqlama verib. Onun fikirlərinə görə, gözəllik önəmli olsa da, o, simanın gözəlliyinə daha çox önəm verir: “İstəyirəm ki, insanlar yanımdakı qadına baxarkən nə gözəl üzü və gülüşü var, desinlər. Əgər gözəl bədən quruluşu var deyirlərsə, o zaman bir problem var deməkdir. Həyatı boyu, mən xanımım olacaq qadına baxdırmaram”.
Beləliklə, “Hər şey daxil” verilişinin aparıcısı Alişan “İhtiyacı var” adlı musiqi albomu ilə musiqisevərlərin qarşısına çıxıb. İfaçı mahnının sözlərini illər öncə eşq acısı çəkərkən sevilən ifaçı Əmrahdan dinləyib. Mahnını dinlədikcə ağladığını dilə gətirən Alişan “İhtiyacı var” adlı mahnını oxumaq mənim üçün bir xəyal idi – deyərək mahnının onun üçün önəmli olduğunu bildirib.
Müsahibəsində həyatı ilə bağlı suallara cavab verən Alişan “bundan sonra məni idarə edə biləcək, anlaya biləcəyim bir qadına övladım üçün razılıq verərəm” – deyir.
- Alişan bəy, yeni albomunuzun satışı necə gedir?
- İnsanların mənim mahnılarıma qarşı olan marağı böyükdür. Amma sözün düzünə qalsa, albomlarım satılmır. Albomumdan cəmi 15 min TL gəlir əldə etmişəm. Əvvəllər 300 mindən çox albom satırdıq. İndi Türkiyənin 80 milyon əhalisi var. Amma ən çox satılan albom belə 100 mini keçmir. Ona görə də hesab edirəm ki, “İhtiyacı var” adlı albomum mənim son albomum ola bilər. Bundan sonra mahnılarımı tək-tək, hətta sadəcə Digita platformada paylaşa bilərəm.
- Bu albom əvvəlki Alişana qayıdış idimi?
- Əslində mənim mahnılarım ilk çıxandan bu yana hər zaman arabesklə popun arasında oldu. Tamaşaçıların mahnılarımı bəyənməyi ilə bərabər, radioların təsirindən əsgərlikdən gələndən bəri yeni bir mahnı oxumamışdım. Elə hesab edirdim ki, məni sevən, dəstəkləyən, hər zaman arxamda olan tamaşaçılara qarşı xəyanət etmişəm. Ona görə tamaşaçılarımdan üzr istəyirəm. Bəli, mən ifaçıyam, arabesk mahnıları oxumağı sevirəm. Bu albomumda da özümü az da olsa göstərməyə çalışdım. Albomda xalq mahnıları da, arabesk mahnıları da yer alıb. Ancaq onu da diqqətinizə çatdırım ki, Türkiyənin tanınmış pop ifaçısı Sinan Akçılın söylədiyi mahnılar da albomda səslənib.
- Əmrahdan “İhtiyacı var”, Sinan Akçıldan “Fark atıyor” kimi mahnılar aldınız. Nə üçün yeni albomunuzda sırf öz yaradıcılığınıza diqqət ayırmadınız?
- Bu albom oxumaq istədiyim mahnılardan ibarətdir. Əslində albomu hazırlayarkən qarşıma belə bir məqsəd qoymamışdım. Bu günə qədər mənim yaradıcılığımda yalnız bir-iki mahnıya rast gəlmək mümkündür ki, onlar kiminsə tərəfindən ifa olunub. Həyatımda ilk dəfədir ki, başqasını repertuarına müraciət edirəm. Qeyd etdiyim kimi, “İhtiyacı var” mahnısını oxumaq mənim üçün bir xəyal idi. Mən Universitetdə oxuyarkən sevgilimdən ayrılmışdım. O ərəfələr ən çox dinlədiyim və dinlədikcə də ağladığım mahnılardan biri idi. Bir də Əmrah indiyə kimi heç bir müğənniyə mahnısını vermədiyi üçün bu mahnını mənə də verməyəcək, deyə düşünürdüm. Yəni, yeni bir mahnı olsa pulunu verib ala bilərdim, ancaq bu mahnı elə bir şey deyil. Bu mahnı Əmrahı tanıdan, onun klassiklərindən biri idi. Alboma bu mahnı daxil olduğu zaman düşündüm ki, eləysə bu alboma mənim oxumaq istədiyim mahnıları daxil edim. Albomda “Bir tek ona sorun” deyə bir xalq mahnısı da var. O mahnını daha çox sevirəm.
- Klipdə Əmrahın da rol alacağını demişdiniz. Nə üçün biz onu görə bilmədik?
- Mən albomun yayda çıxacağını planlaşdırsam da, albom çox gecikdi. Biz klip çəkilişlərinə başlayarkən Əmrahın övladı dünyaya gəlirdi. O da ata olacağı üçün çox həyəcanlı idi. Mən də onun həyəcanını görüb israr etmək istəmədim. Onun mənimlə duet oxuması belə bambaşqa bir duyğudur.
- Albom çəkilişlərində biz sərt bir Alişanı görürük. Deyəsən Alişan köhnə illərə geri dönür?
- “Cənnət məhəlləsi” və “Hər şey daxil” kimi layihələrdən sonra ciddi layihələrdə yer alarsam, insanlara elə də inandırıcı gəlməz. Bundan sonra hər hansı ciddi layihələrdə yer alsam, insanlar mənə baxdıqca güləcəklər. Əvvəllər kamera görəndə onun qarşısına keçib pozlar verirdim. İllərcə kameraya gözlərimi qıyıb baxmaqdan artıq gözlərim də xarab olub. Həyatımda heç bir zaman nə kamera arxasında, nə də önündə bambaşqa bir insan olmadım. Heç zaman özümü xalqdan seçməmişəm. Kimlər ki özünü yuxarıda tutur, onların əlində qandal görmüşük.
- Qandal demişkən, bu yaxınlarda tutulan Deniz Seki haqqında nələr düşünürsünüz?
- Allah onun köməyi olsun. Nə qədər yaxşı insan olursa-olsun, nəticədə bir məhkəmə qərarı var. O da bütün günahkarlar kimi cəzasını çəkəcək. İnşallah, bundan sonra eyni xətaları bir daha etməz. Hesab edirəm ki, Dəniz Seki çox istedadlı bir sənətçidir.
- Alişan bəy, Show TV-də yayımlanan “Roman havası” serialına baxmısınızmı?
- Bəli, baxmışam. Film bizim bir neçə il bundan öncə canlandırdığımız “Cənnət məhəlləsi”-ni xatırladır. Filmin belə bir ssenarisi olacağını da əvvəldən bilirdik. O layihənin əvvəlində biz vardıq, ancaq sonrasında seriala deyil, verilişə çəkilməyə üstünlük verdik. Bizim yerimizə rol alan Petek Dinçöz çox gözəl obraz canlandırıb. Amma Kerimi oynayan Erkan Şahinin obraza alışması bir az zaman alacaq. O, serial işində hələ yenidir. Mən də serialın ilk bölümlərində onun kimi təcrübəsiz idim. Serial çəkildikcə yavaş-yavaş öyrəşdim. Həmin çəkiliş qrupunun da çox gözəl, sağlam bir truppası var. Çağla və mən yaradıcı kollektivdən çox şey öyrəndik.
- Alişan bəy, son zamanlar mətbuatda saatınız sizdən daha çox müzakirə obyektinə çevrilib.
- Bir az elə oldu. Alişan saxta saat taxır, deyə xəbərləri oxuduqda çox əsəbləşdim. Saxta saat və çantadan istifadə edən bir çox məşhur insanlar var. Ancaq mən həyatımda heç zaman saxta saatdan istifadə etməmişəm. İlk dəfə olaraq Macarıstandan bir saat aldım. Sonradan onu satıb başqa birisini aldım. Hazırda 3 dənə orijinal saatım var. Onları kassamda saxlayıram. Hamısı da orijinal, bahalı mallardır. Əslində, mətbuatda yayılan saatın şəkli doğrudur, ancaq qiyməti yanlışdır. 1,5 milyonluq saat üçün 5 yüz milyon dollarlıq adam olmam gərəkdir.
- Ötən həftə mətbuatda evliliklə bağlı “Evlənib özümü işə sala bilmərəm” kimi fikirlər səsləndirmisiniz.
- O zaman bacımın övladı yanımda idi və çox nadinclik edirdi. Onu görüb də belə fikirlər səsləndirdim. Yoxsa mənim evliliyə bağlı fikirlərimi hər kəs gözəl bilir. Hər kəs bilir ki, mən övlad sahibi olmaq üçün evlənərəm. Mən nə istədiyimi bilirəm, ancaq istədiyimi tapa bilmirəm. Qarşımdakı insanın ən kiçik bir xətası beynimdəki hər şeyi yıxır. Bu günə qədər evlənməməyimin ən böyük səbəbi də budur. Bundan sonra da məni idarə edə biləcək, anlayacaq birinə gələcəkdəki övladım üçün razılıq verərəm. Övladlarımın anası ola biləcək bir qadın istəyirəm.
- Öz sənətinizdən olan bir xanımı sevərsinizmi?
- Bizim sənət dairəmiz elə də geniş deyil. Hər kəs bir-birini tanıyır. Heç kim qarşı tərəfi aldada bilmir. Hansısa bir tədbirə getdikdə, gözlərimin yanımdakı qadında olmasını istəmirəm. Təbii ki, mənim üçün gözəllik önəmlidir. Ancaq yanımdakı qadına baxan insan onun üzünə baxmalıdır.
- Kaş ki olmasaydı, dediyiniz bir hadisə varmı?
- 2000-ci ildə böyük bir layihəyə təklif almışdım. İndi düşünürəm ki, kaş ki o layihəni dəyərləndirib razılıq verərdim. O zamanlar kimsəni sata bilmərəm, deyib də böyük bir layihədən imtina etdim. Amma sonra məni çox satdılar. İndi heyfsilənirəm ki, səhv etmişəm. Məni oraya bağlayan tək şey Hilmi Topaloğluydu. Ona qarşı hörmətsizlik edə bilməzdim.
Xəyalə Rəis