• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib

17.08.19 15:00 4441
Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan MərkəzindənAZƏRTAC-a bildirilib ki, avqustun 17-si saat 10:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 53, II qrup üzrə 607, III qrup üzrə 17, IV qrup üzrə 116, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.
Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 9200 nəfər ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

banner

Oxşar Xəbərlər