Albaniyanın baş naziri ABŞ-a səfərini ləğv edib

Albaniyanın baş naziri ABŞ-a səfərini ləğv edib

Siyasət
22 Sentyabr 2019, 14:45 119
Albaniyanın baş naziri Edi Rama ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Nyu-Yorka səfərini ləğv edib.
Bu barədə "Report" "Plus Info" informasiya agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, o, yaxın vaxtlarda Frankfurtdan Albaniyanın paytaxtına qayıdacaq.
Agentlik bildirib ki, Albaniya ərazisində bir neçə zəlzələ olub. Yeraltı təkanlar 5,8 və 7,5 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Adriatik dənizində yerləşib. 
Qeyd edək ki, iki dəfə qeydə alınmış yeraltı təkanlar nəticəsində onlarla insan xəsarət alıb.