• cümə, 19 Aprel, 21:59
  • Baku Bakı 24°C

Agentlik: Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanacaq

11.06.21 12:20 266
Agentlik: Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanacaq
"Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanılması nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat”da deyib.
O bildirib ki, bu, növbəyə duracaq şəxslərin sayına əsasən veriləcək: "Bu il də maksimum çalışılacaq ki, həmin şəxslərə avtomobil təqdim olunsun. Bu proses yekunlaşmaq üzrədir. Ötən illərdən növbədə qalan şəxslərin əksəriyyətinə avtomobil verilib və say azalmağa doğru gedir”.

banner

Oxşar Xəbərlər