• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

09.12.19 11:08 704
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
Dövlət Reklam Agentliyinin ərazi reklam idarələrində çalışan əməkdaşlarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunan təlimlər növbəti dəfə Sumqayıtda keçirilib.
Dövlət Reklam Agentliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə sahibkarların işinin asanlaşdırılması baxımından onların maarifləndirilməsi, qanunvericiliyə edilən dəyişikliklər barədə regionlardakı nümayəndələrin məlumatlandırılması, yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları və s. mövzular əhatə olunub.
Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə Regional İdarələrdəki əməkdaşlara məlumat veriblər. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Fərmanı ilə ADRA-nın Nizamnaməsində edilən dəyişiklik, reklam haqqında qanuna edilən əlavələr, Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması və s. mövzuları əhatə edən təlimdə Sumqayıtla yanaşı, Quba Regional İdarəsinin nümayəndələri də iştirak ediblər. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.
Qeyd edək ki, təlimilərin növbəti mərhələsi Gəncə, Bərdə və Şəki Regional İdarələrinin əməkdaşları üçün ölkənin ikinci ən böyük şəhərində baş tutacaq.
banner

Oxşar Xəbərlər