AZE | RUS | ENG |

ABŞ və Yaponiya ticarət müqaviləsi barədə razılığa gəliblər

ABŞ və Yaponiya ticarət müqaviləsi barədə razılığa gəliblər
ABŞ və Yaponiya arasında ticarət müqaviləsinin ümumi müddəaları barədə razılıq əldə edilib və sənəd cari ilin sonunadək imzalana bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın işgüzar dairələri arasında populyarlığı ilə seçilən "Nikkei Shimbun” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, tərəflər arasında müvafiq razılaşma Yaponiyanın İqtisadi bərpa naziri Toşimitsu Moçeqi ilə ABŞ-ın ticari danışıqlar üzrə nümayəndəsi Robert Laythauzer arasında ötən cümə günü Vaşinqtonda keçirilən danışıqlar zamanı əldə edilib. Nəşrin məlumatına görə, Yaponiya ABŞ-dan ixrac edilən mal və donuz ətinə rüsumu azaltmağa, ABŞ isə yapon avtomobillərinə tətbiq edilməsi planlaşdırılan 2,5 faizlik rüsumu təxirə salmağa razılaşıb.
Xatırladaq ki, ABŞ və Yaponiya ticarət danışıqlarına T.Moçeqi və R.Laythauzerin iştirakı ilə apreldən yeni formatda başlayıb. İki ölkə arasında ticarət defisitinin ildə 57 milyard dollar təşkil etməsindən narazılığını bildirən ABŞ Prezident Donald Tramp administrasiyasının üzvlərindən bu vəziyyəti düzəltməyi tələb edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967