• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

ABŞ hərbçiləri Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyini ziyarət edib

21.05.22 11:15 536
ABŞ hərbçiləri Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyini ziyarət edib

ABŞ hərbçiləri Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyini ziyarət edib - FOTO
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində ABŞ Hərbi Kollecinin zabit tələbələri ilə görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iştirak edən heyətin tərkibində amerikalı və əcnəbi zabitlərlə yanaşı hazırda kollecdə kurs keçən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin zabiti polkovik-leytenantı Əfqan Qasımov da olub.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Yaşar Əliyev zabitlərlə Azərbaycanın regional sülh, təhlükəsizlik və inkişafa verdiyi tövhələrdən bəhs edib. O, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərdən, COVID-19 pandemiyasına həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasından və vaksinlərə dair qəbul edilmiş qətnamədən danışıb.

Y. Əliyev 2022-ci ilin Azərbaycanda “Şuşa İli" elan edildiyini vurğulayıb, Şuşanın ölkə və bütöv Türk Dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir Şuşanın Azərbaycanın və Türk Dünyasının mədəniyyət paytaxtı elan edildiyi qonaqların diqqətinə çatdırıraraq onları şəhərin tarixi, onun Azərbaycan incəsənətinə verdiyi müstəsna tövhələr və mədəni irs nümunəsi kimi əhəmiyyəti barədə məlumatlandırıb.

Görüşdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları ilə zabitlər arasında müxtəlif aktual mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qonaqlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni vandalizmini əks etdirən “Qarabağ - əvvəl və sonra” kitabı və italyan fotoqraf Fabrizio Kontinin “Agdam Delenda Est” fotoalbomu, İRS jurnalının ölkəmizə həsr olunan müxtəlif cildləri qonaqlara təqdim edilib.

Görüşün sonunda zabitlər göstərilən qonaqpərvərliyə və dolğun, ətraflı məlumatlara görə öz dərin təşəkkürlərini bildirib, görüşdən məmnun qaldıqlarını ifadə ediblər.

banner

Oxşar Xəbərlər