• cümə, 26 Aprel, 14:21
  • Baku Bakı 23°C

ABŞ dollarının möhkəmlənməsi qızılı ucuzlaşdırıb

26.05.22 17:00 481
ABŞ dollarının möhkəmlənməsi qızılı ucuzlaşdırıb

ABŞ dollarının möhkəmlənməsi fonunda qızılın qiyməti düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,16%, yaxud 2,92 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 843,38 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,62% düşərək 1 unsiyası 21,739 ABŞ dolları təşkil edib.

Dolların indeksi 0,17% artaraq 102,23 bənd səviyyəsinə çatması qiymətli metal üzərində təzyiq yaradıb. Bu dinamikaya ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini 50 bənd səviyyəsində möhkəmləndirə biləcəyi ilə bağlı xəbərlər səbəb olub.

banner

Oxşar Xəbərlər