• çərşənbə, 24 Aprel, 04:41
  • Baku Bakı 14°C

ABŞ-da COVID-19-dan ölümlər “İspan qripi” qurbanlarının sayını keçdi

21.09.21 18:00 366
ABŞ-da COVID-19-dan ölümlər “İspan qripi” qurbanlarının sayını keçdi
ABŞ-da koronavirusdan ölənlərin sayı 1918-ci ildə baş verən "İspan qripi” qurbanlarının sayını keçib.
ABŞ-da COVID-19-dan 675 446 amerikalının öldüyü bildirilir. Ammaiki il davam edən "İspan qripi” isətəxminən, 675 000 sakinin həyatına son qoyub.
Alimlərin sözlərinə görə, 1918-ci ildə nə ağciyərlərin süni ventilyasiyası aparatları, nə də vaksin olub.
Müasir tibbin inkişafına baxmayaraq bu gün bu qədər insanın ölməsi narahatlıq doğurur.
Son vaxtlar ABŞ-da koronavirusdan gündə orta hesabla 1900 insan ölür. Bu, 2021-ci ilin mart ayının əvvəlindən bəri ən yüksək ölüm nisbətidir.
banner

Oxşar Xəbərlər