• şənbə, 27 Aprel, 01:14
  • Baku Bakı 14°C

"ABŞ Cənub Qaz Dəhlizinin Avropanın enerji təchizatında oynadığı vacib rolu dərk edir"

22.02.19 11:22 386
"ABŞ Cənub Qaz Dəhlizinin Avropanın enerji təchizatında oynadığı vacib rolu dərk edir"
Amerika Birləşmş Ştatları Cənub Qaz Dəhlizi layihəsinin həm Xəzər bölgəsinə daha çox iqtisadi mənfəət gətirməsini, həm də Avropanın enerji təchizatının diversifikasiyasında oynadığı vacib rolu dərk edir.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bunu bu həftə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk deyib.
Qeyd edək ki, S.Oudkirk Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində yer alan nazirlərin beşinci toplantısında iştirak etmək və həmçinin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirmək üçün Azərbaycana səfər edib. S.Oudkirk keçirilən toplantını Cənub Qaz Dəhlizinin başa çatdırılması istiqamətində əldə olunan irəliləyişin vurğulanması üçün bir fürsət oduğunu deyib və sözügedən vacib layihə vasitəsilə 2020-ci ildə ilk qazın İtaliya və Yunanıstana çatdırılmasına dair gözləntilərini paylaşıb.
S.Oudkirk Azərbaycan Prezidenti İlham Əliyev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, energetika naziri Pərviz Şahbazov, həmçinin Cənub Qaz Dəhlizi və TAP layihələrinin inşası və istismarında iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirib.
banner

Oxşar Xəbərlər