Dünən dünyaca tanınmış məşhur ifaçıSami Yusufunböyük
Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin "Sığmazam” qəzəli
əsasındayeddi dəqiqəlik kompozisiyası gündəmi zəbt etdi. Sami Yusuf bu
kompozisiyanı Heydər ƏliyevMərkəzində keçirilən YUNESKO-nun Ümumdünya İrs
Komitəsinin43-cü sessiyasınınaçılış mərasimindəki konsert
proqramında səsləndirilib. Müğənnini 57 nəfərlik böyük bir komanda müşayiət
edib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan ekran
işinin yaradıcı prodüseri və rejissoruAndrey Boltenko, kompozisiyanın
bəstəkarı isə Sami Yusuf özüdür.
Kompozisiya böyük maraqla qarşılanıb və Youtube.comportalında yerləşdirilən
videoya15 saatərzində100 mindənçox baxış olub. Gündəmi
zəbt edən kompozisiya ilə bağlı layihədə iştirak edən sənətkarlarla danışdıq.
Onlar öz təəssüratlarını bizimlə bölüşdülər.
Mədəniyyərt Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq
əməkdaşlıq və innovativ inkişafşöbəsinin müdiri Vasif Eyvazzadəbildirdi ki, Sami Yusuf bir neçə dəfə Azərbaycanda konsert proqramı ilə çıxış
edib, bu dəfəki konserti isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin43-cü
sessiyasınınaçılış mərasiminə təsadüf edib: "Konsert proqramının rəhbəri
və musiqi müəllifi Sami Yusufun özü idi. Konsertdə nümayiş olunan kompozisiyalardan
biri də Nəsimiyə həsr olunmuşdu. Çünki bu il Nəsiminin 650 illik yubileyi qeyd
olunur. "Sığmazam” qəzəlinin həmin konsertdə bu formada təqdim olunması əsas
ideyalardan biri idi. Konsertdə dünyaya öz mədəniyyətimizi nümayiş etdirməli
idik. Proqram çərçivəsində Qobustan, Şəki Xan Sarayı və onun tarixi,
Azərbaycanın gələcəyə baxışı və onun bu günü, Şirvanşahlarla bağlı maraqlı bir
kompozisiya baş tutdu. Hazırda onlardan "Youtube” üzərindən üç kompozisiyanın
paylaşımı edilib. Onlardan biri də "Nəsimi”dir. Bu kompozisiya geniş auditoriya
tərəfindən bəyənilib və yüksək qiymətləndirilib. Bu layihə Azərbaycan
mədəniyyətinə, tarixinə verilən bir dəyərdir. Sami Yusufun ifasında, ruhunda
Nəsimi poeziyasının yenidən canlandırılmasıdır. Bu da Nəsimi auditoriyası üçün
böyük bir hədiyyədir”.
Layihədə iştirak
edən Xalq artisti Təyyar Bayramov deyir ki, bu
konsert ölkəmizin təbliği və tanıtımı üçün önəmli layihə olduğundan, burada yer
almağın sevincini yaşayır: "Bizim üçün çox önəmli bir tədbir idi, oradan böyük
təəssüratla ayrıldıq. Konsertdə Birinci vitse-prezident Mehriban Əliyeva və
ziyalı təbəqənin nümayəndələri, nüfuzlu mövqeyə sahib iş adamları, eləcə də
əcnəbilər iştirak edirdi. Kompozisiya iyunun 30-da səsləndirilib. Konsertdən
iki ay öncə Sami Yusuf oğlumla birlikdə oxumaq üçün ona müraciət etmişdi. Daha
sonra mənə bildirdilər ki, siz də bu layihədə iştirak edəcəksiniz və Sami
Yusufla birlikdə bu kompozisiyanın gözü olacaqsınız. Oğlumla birlikdə bu
layihədə iştirak etdik. Konsertə 9 gün qalmış ağır məşq prosesi keçdi. Hamı
həyəcanlı idi, əsərdən heç kəsin xəbəri yox idi. Çünki Sami Yusuf "Sığmazam”ı
yeni aranjemanda bəstələmişdi. Sevindirici haldır ki, bütün komanda heyəti
azərbaycanlılardan ibarət idi. Daha çox üstünlük tar, kaman, balaban
ifaçılarına verilmişdi”.
T.Bayramov qeyd edir ki, oğluyla birlikdə iştirak
etdiyi bu layihədən böyük zövq alıb: "Bu layihə bizim üçün unudulmaz xatirəyə
çevrildi. Konsertin ən maraqlı hissəsi isə onun məşq prosesi idi. Belə ki, məşq
prosesində bizi nələrin gözlədiyindən xəbərsiz idik. Musiqi yönündə bilmədiyim
istiqamət idi və çətin mərhələlər vardı. Yəni mahnının harada uzanıb-qısalacağına,
harada rabitənin yaranacağına bələd deyildik. Uzun oxuyanda da problem
yaranırdı, qısa oxuyanda da. Gərək tam oxuyaydın. Bu baxımdan bir az çətinlik
çəkdik. Təsəvvür edin ki, səhər 9-dan axşam 1-ə kimi çalışırdıq. Gərgin məşqlər
sayəsində uğurlu bir nəticə əldə etdik. Oğlumla bir layihədə işləmək gözəl
hissdir, sözlə ifadə edə bilmirəm. Ümid edirəm ki, uzun müddət bu bizim xatirəmizdən
silinməyəcək”.
Xalq artisti məşq prosesində yaşadığı maraqlı
hadisələrdən də bəhs etdi: "Sami Yusufla birgə 9 saat gərgin məşq edirdik.
Günün sonunda uşaqlar məşqi yekunlaşdırıb getmək istəyəndə, Sami Yusuf gəlib
deyirdi ki, "möhtəşəm idiniz, əla oldu, hər şey yaxşıdır”. Sonra əlini yuxarı
qaldırıb sözünə davam edirdi: "Amma gəlin hər şeyi yenidən başlayaq”. Təsəvvür
edin, getmək üçün yığışırdıq, amma o sözdən sonra qayıdıb təzədən hər şeyi
yenidən başlayırdıq. Hətta konsert bitəndən sonra ona yarızarafat dedik ki,
"Sami bəy, hər şeyi çox əladır, bəlkə bir də yenidən başlayaq?” Təbii ki, bu
yaşananlar konsertin dadı-duzudur. Sami Yusuf işinin peşəkarıdır və sənətini sevən insandır. Gecə 12-yə qədər
bizimlə məşq edirdi və sonra da layihənin üzərində səhərə qədər çalışırdı. Baxmayaraq
ki dünyaca məşhur ifaçıdır, çox səmimi biridir. O qədər sadə, mehriban, səmimi
idi ki, bizə gözəl təəssürat bağışladı. Onunla işləmək bizim üçün xoş oldu”.
Əməkdar incəsənət
xadimi, aşıq Samirə Əliyevaifasının qısa olmasına baxmayaraq,
onun üçün önəmli bir layihə olduğunu vurğuladı: "Bu layihə çərçivəsində möhtəşəm
bir konsert proqramı ilə çıxış etdik. Əslində, layihəyə sadəcə olaraq saz ifa
etmək üçün dəvət olunmuşdum. Əvvəl bu qrupun tərkibində saz ifaçısı kimi çıxış
edəcəkdim. ÇünkiSami Yusufu Azərbaycan musiqi alətlərindən ibarət orkestr
müşayiət edirdi. Mənim öhdəmdə isə saz ifaçıları idi və biz Samini saz ifamızla
müşayiət edəcəkdik. Məşq prosesində belə bir qərara gəlindi ki, burada muğamla
birgə aşıq ifası da səslənsin. Orda sadəcə kiçik bir beyt oxudum. Sözün əsil
mənasında möhtəşəm bir layihə idi. Orkestrdə 5 nəfər aşıq var idi. Onlar
Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi”.
Əməkdar artist,
"Muğam" instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Milli
Konservatoriyasının dosenti Sahib Paşazadə deyir ki, 57
nəfərdən ibarət kollektivin 40 nəfəri işinin peşəkarı olan tanınmış musiqiçilər
olub: "Musiqiçilərin rəhbərliyi və konsertmeysterliyi mənə həvalə olunmuşdu.
Vaxtımız çox az idi, necə bir kompozisiya olacağından xəbərimiz yox idi.
Konsert iyunun 30-u baş tutacaqdı, Yusuf ayın 24-nə qədər öz kompozisiyalarını
yazdı. Vaxt az, iş isə çox idi. Mən də Sami Yusufla söhbətimdə ona söz vermişdim
ki, əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı alınsın. 3 gün gecəni yatmadıq.
Gündüzlər Beynəlxalq Muğam Mərkəzində məşqlər olurdu, daha sonra səsyazma studiyasına
gedib o səsləri yazırdıq. Tarların səsyazması bitdikdən sonra kamançalar və digər
musiqi alətlərinin səsyazmaları bir-birini əvəzləyirdi. Qrup halında ayrı-ayrı
musiqi alətləri ilə çalışırdıq. İstəyirdik ki, hər şey möhtəşəm alınsın. Çox
ağır bir proses oldu. 7 gün ərzində dayanmadan çalışdıq. Gərgin əməyin
nəticəsində belə möhtəşəm bir konsert proqramı ərsəyə gəldi. Sonda Sami Yusufun özü mənə şəxsən təşəkkür etdi”.
S.Paşazadə Sami Yusufla ötən il Dubayda birgə
konsert proqramında tanış olduqlarını dilə gətirdi: "Dubayda keçirilən konsertə
müxtəlif ölkələrdən ifaçılar qatılmışdı, Azərbaycanı isə mən təmsil edirdim. O
vaxt Sami Yusufla dostluğumuz yarandı. O, bu layihə üçün bizim Mədəniyyət
Nazirliyinə məktub yazanda, qeyd etmişdi ki, Sahib Paşazadə və onun orkestri ilə
işləmək istəyirəm. Gözləmirdim ki, bu kompozisiya belə çox paylaşılar və
məşhurlaşar. İndi hamı paylaşır və bu da bizi sevindirir. Sami Yusuf dünyada
sevilir və o öz səhifəsində paylaşdıqda, ona bütün dünya baxmış olur”.
Kamança ifaçısı, Əməkdar
artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevbildirir ki, mədəniyyət naziri və nazirliyin nümayəndələri hər gün məşq
prosesini izləməyə gəlirmişlər: "Məşq prosesində bizə proqram verilmişdi.
Məşqlərin vaxtları orada qeyd olunurdu. Bizə notlar verilmişdi və biz də ona
əsasən ifa edirdik. Ona görə də hər kəs eyni nəfəs alıb, eyni nəfəs verirdi. Hər
gün nazir bizim məşqlərimizə baxırdı. Nazirliyin işçiləri gəlib bizə nəzarət
edirdi. Məşqlər bitdikdən sonra isə səhərə qədər səsyazma studiyasına gedir,
işimizi orda davam etdirirdik. Bu layihədə iştirak edən sənətkarlar ölkənin ən
nüfuzlu, tanınmış, sevilən sənətkarları idi. Bura bütün dünyadan qonaqlar
gəlmişdi. Layihənin rejissoru sonda gəlib bizə dedi ki, təsəvvür etməzdim,
konsertimiz bu qədər möhtəşəm alınar. O qeyd etdi ki, dünyanın bir çox
ölkələrində konsert proqramı təşkil edib. Amma heç zaman görməyib ki, dünyanın
hər yerindən gələn nüfuzlu şəxslər bu cür maraqla sona qədər konserti izləsin
və konsert boyu bütün musiqiləri telefona qeyd etsinlər. Hətta dünyanın dörd
bir yanından gələn əcnəbi vətəndaşlar bu konsertdən paylaşımlar etmişdilər. "Nəsimi”
kompozisiyası Sami Yusufun konsertdən üçüncü paylaşımı idi. Birinci "Şirvanşah
Palace”, sonra Sevda Ələkbərzadə ilə bir kompozisiya, üçüncü isə "Nəsimi” idi”.
T.Əsədullayev əlavə etdi ki, konsertdə daha çox
milli alətlərə üstünlük verilib: "Bu konsert çox məsuliyyətli idi və orada yer
almaq bizə böyük zövq verdi. Sonda isə hər kəs bu konsertdən məmnun qaldı. Sami
Yusuf işini bilən, peşəkar insandır. Məşqlərə gələndə, insanlarla o qədər nəzakətli
və səmimi danışırdı ki, hər kəsin sevgisini qazanmışdı. Məşq prosesində
musiqiçilərlə bir-bir maraqlanır, onları tək-tək dinləyir və səsləri yazırdı.
İki gün gecə saat 12-dən səhər saat 9-a qədər səsyazmada olduq. Mən onunla iki
kompozisiyanı birlikdə çalışdım. O, mənə notu göstərir və deyirdi ki, onu olduğu
kimi ifa edim. Sonra başqa cür ifa etməyimi xahiş edirdi. Bütün səsləri
dinlədikdən sonra "ürəyin necə istəyir, elə ifa et” deyirdi. Səsləri özü üçün
qeyd edirdi və daha sonra audio versiyasını dinləyirdi. Musiqiçinin fikirlərinə
önəm verirdi. Elə şey var ki, notda yazılmayıb, mən özüm ifa edirdim və o bunu daha
çox bəyənirdi. Yəni deməyim odur ki, işinin peşəkarı və vurğunu olan bir
insandır. Onunla bir layihədə yer aldığıma görə məmnunluq hissi duyuram”.