• şənbə, 27 Iyul, 12:58
  • Baku Bakı 28°C

293 erkən evliliyin qarşısı alınıb

18.05.24 00:13 2735
293 erkən evliliyin qarşısı alınıb

Parlament komitələrində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi başlanılıb. Qeyd olunub ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılıb. 

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının detalları açıqlanıb. "Report"un xəbərinə görə, sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilib.

Hesabatdan məlum olub ki, tən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Qeyd olunub ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılıb, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınıb.

Türkiyə, Rusiya, BƏƏ...

Ötən il həmçinin, insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub. Belə ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan vətəndaşı olub: "Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, dördü Qətər Dövlətində, üçü İran İslam Respublikasında, biri İraqda cinsi istismara, daha iki nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb".

Uşaqlara qarşı cinsi istismar törədənlər 

Milli Koordinatorun illik məlumatına əsasən, uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər. Belə ki, ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilib. 

Sənəddə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər.

Bu şəhər və rayonlar öndədir

Ötən il Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub. Bildirilib ki, həmin cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və beşi Sumqayıt şəhərləri, altısı Tovuz, üçü Sabirabad, üçü Ağdam və digər rayonların payına düşür.
İstismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsini kişilər təşkil edib. "Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin yanvar ayında açıqladığı 141 ölkəni əhatə edən son Qlobal Hesabatdan görünür ki, istismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsini kişilər təşkil edib, onların sayı əvvəlki illərlə müqayisədə təxminən üç faiz artıb, habelə fiziki zorakılıqdan qadın qurbanlar kişilərə nisbətən üç dəfə, uşaqlar isə böyüklərlə müqayisədə iki dəfə çox zərər çəkiblər", - deyə məlumatda qeyd edilib.

 

banner

Oxşar Xəbərlər