• şənbə, 27 Aprel, 01:14
  • Baku Bakı 14°C

Azərbaycan nefti bahalaşıb

07.12.21 12:45 556
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 73,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.
Bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər