• cümə, 29 Mart, 03:12
  • Baku Bakı 7°C

2021-ci ildə Azərbaycanda iqtisadi artım 1,5 faizədək yüksələcək

04.04.20 15:36 728
2021-ci ildə Azərbaycanda iqtisadi artım 1,5 faizədək yüksələcək
İqtisadi şaxələndirmə imkanlarının tam qərarlaşmadığı bir vəziyyətdə Azərbaycanın inkişaf perspektivlərinin yaxın dövrdə neft qiymətlərinə bağlılığı davam edəcək. COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə iqtisadi artım tempinin 0,5 faizədək enməsinə səbəb olacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında deyilir.
Məlumata görə, qiymətlərin bərpası ilə neft-qaz hasilatının yüksəlişi hesabına 2021-ci ildə iqtisadi artımın 1,5 faizədək yüksələcəyi proqnozlaşdırılır. Sənayedə bu il 0,5 faiz, 2021-ci ildə isə 2 faiz səviyyəsində artımın karbohidrogen sənayesinin göstəricilərinin güclənməsindən, xüsusilə də təbii qazın Türkiyədən İtaliyaya nəqli üçün TAP kəmərinin 2020-ci ildə tamamlanması ilə "Şahdəniz-2” qaz yatağının hasilat həcminin artımından qaynaqlanacağı gözlənilir. Kənd təsərrüfatında artım tempinin 2020-ci ildə 4,5 faizədək, 2021-ci ildə isə 4 faizədək azalacağı nəzərdə tutulur. Eyni zamanda, gübrə və toxum idxalının subsidiyalaşdırılmasının davam etdirilməsinin iqtisadi səmərəliliyi daha yüksək olan taxıl növlərinin istehsalını dəstəkləyəcəyi ehtimal olunur. COVID-19 pandemiyasının turizm və pərakəndə ticarət sahələrinə təsirli zərbə vurması zəminində 2020-ci ildə xidmətlər sahəsində artım tempinin zəif olacağı, 2021-ci ildə iqtisadi vəziyyətin yaxşılaşması şəraitində bu sektorlarda artım tempinin 1 faizə çatacağı gözlənilir.
banner

Oxşar Xəbərlər