Azərbaycan florasının nadir bitkisi Xarıbülbül Qarabağın maddi irsi kimi

Beynəlxalq
təşkilatlar işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən biomüxtəlifliyə
vurulan zərbənin qarşısını almaq üçün ciddi addım atmırlar
Dünyanın
ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi,
maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti
ilə haqlı olaraq fəxr edir. Azərbaycanın Qarabağ torpaqları zəngin
flora və faunası ilə fərqlənir. Azərbaycanın Dağlıq Qarabağ ərazisinin qədim
Şuşa şəhərində bitən Xarıbülbül bitkisi Şuşanın milli simvolu hesab olunur.
"Sülh və məhəbbət gülü" adlanan Xarıbülbül əsl möcüzədir.
Xarıbülbül Azərbaycan florasının
nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea)
fəsiləsinin Ofris (Ophryslat.)
cinsinə aiddir. Xarıbülbül adlandırdığımız bitki latınca –Ophrys Caucasicavə yaOphrys Mammosaadlanır, lakin Azərbaycanda bitən
bütün növlərə el arasında Xarıbülbül deyilir.Xarıbülbülün digər adı -Qafqaz qaş Səhləbidir. Ophrys–
yunan mənşəli sözdür, mənası "qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə
məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmasına” eyham ediblər.
Ofrislər bir çox orxideyalar kimi,
kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik
göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur -
onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı (eşşəkarısı və başqaları)
həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmən həşəratların formasını
və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Ofrislərin çiçəkləri
şirə ixrac eləmir, ətri isə demək olar ki, yoxdur. Lakin bəzi növlərinin
gülləri, müəyyən növ həşəratların dişi fərdlərinə xas olan və erkək fərdlərini
cəlb edən xüsusi qoxuya malik ola bilər. Təbii ki, həşəratları, ofrislərin
xüsusi görünüşü ilə bərabər, bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də
qoxuya maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma
prosesi baş verir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması ofrisləri
ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir
bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar.Xarıbülbül
(Ophrys Caucasica) və ofrislərin bir çox başqa növləri isə hətta "Qırmızı
kitab”da qeydə alınıblar. Qədim Azərbaycan xalçalarının ornamentlərində də onun
təsvirinə rast gəlmək olar.
Ofris cinsinin
50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və
ümumiyyətlə, Qafqaz ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan,
Krım və başqa yerlərdə bitir. Xarıbülbül yalnız Şuşa məhəbbətindən cücərir. Bu
bitkinin əsas məskəni Şuşanın Cıdır düzüdür. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. "Xar”
sözü isə tikan mənasını verir, yəni "tikanlı bülbül”. Bülbülün bağrının altındakı gül
al-qırmızı rəngə boyanıb. Gülün üst tərəfi elə formadadır ki, sanki
gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bu möcüzəni bələnmiş uşağa da
bənzədirlər. Qeyri adi görkəmə malik olan bu gülə baxdıqda, bülbül təsvirini
aydın görmək olur.
Şuşanın sülh və sevgi gülü Xarıbülbül haqqında
dillərdə bir çox əfsanələr dolaşır. Yer
kürəsində yalnız Qarabağda bitən Xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və
rəvayətlər var.
Bu
rəvayətlərdən birində deyilir ki, Pənah xan qızını, şairə Ağabəyim Ağanı İran
şahına ərə verir. Saraya gəldiyi gündən şairənin üzü gülmür. Bunu görən şah səbəbini
soruşur. Şuşa üçün çox darıxdığını söyləyir xan qızı, sonra da şahdan xahiş
edir ki, onun üçün bir bağ saldırsın və o bağda yalnız Şuşa torpağında bitən
ağaclar basdırılsın, bəlkə bu yolla Vətən həsrəti azala. Şah əmr verir, bağ
salınır, Şuşadan hər növ ağac gətirilib əkilir. Hazır olanda Ağabəyim Ağa bağın
seyrinə çıxır. "Vətən bağı" adı verdiyi bağı dolaşır, çox arayır,
axtarır, amma onu tapa bilmir. Yenidən kədər buludları gözəl çöhrəsini bürüyür.
Şah səbəbini soruşur. Şairə bağı gəzərkən Xarıbülbülü görmədiyini deyir. Şah bu
bitkinin də gətirilib əkilməsini əmr edir. Ha çalışırlar, nəticə hasil
olmur. Bitkilərin hamısı kök vurub, gül
açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur. Məlum olur ki,
Xarıbülbül Şuşa torpağından qeyri yerdə bitmir. Deyilənə görə, məşhur mahnın
misraları elə yüz illərdir bu kədərin yükünü daşıyır:
Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül...
Xarıbülbül haqqında başqa rəvayət də var: "Bir
bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına
dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir
arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə
doğru uçmağını görüb, sinəsini qabağa verib, arının qarşısını kəsir. Onlar havada
toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, sevgisi və cəsarəti onu,
sancdığı arı ilə birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.
Azərbaycanın Qarabağ bölgəsində
yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarıbülbül Şuşanın
və ümumilikdə Qarabağın rəmzinə çevrilib.Xarıbülbülün təsvirinə Azərbaycan
xalçalarında rast gəlmək mümkündür.Bu endemik gül həm gözəl, həm də
müalicəvidir və ondan xalq təbabətində istifadə olunur. Xarıbülbül
təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. Xarıbülbüldən
xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.
Azərbaycan
Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli,
ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə, Azərbaycanın
florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Biomüxtəlifliyin
qorunub saxlanılması üçün dövlət səviyyəsində uğurlu tədbirlərin həyata
keçirilməsinə baxmayaraq, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və
onun ətrafındakı 7 rayonumuzda biomüxtəlifliyə ağır zərbələr vurulmaqdadır.
Belə ki, ermənilər tərəfindən işğal edilən ərazilərdəki 250 min 928 hektar meşə
sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ
dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət
abidələri vəhşicəsinə məhv edilməkdədir. Buna paralel olaraq, erməni işğalı
altında olan ərazilərimizdə adları "Qırmızı kitab”a düşən (ağquyruq dəniz
qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası və
digərlərinin) və düşməyən 100-dən artıq quş növlərinin nəslinin tamamilə
kəsilməsi təhlükəsi əmələ gəlib. Halbuki erməni işğalına qədər zəngin flora və
faunası ilə məşhur olan Qarabağda nadir və endemik quş növləri ilə yanaşı,
nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunurdu.
Təsadüfi deyil ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına
daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan
heyvanların 25-30 faizini təşkil edir. Onu da deyək ki, işğal edilmiş
ərazilərdəki biomüxtəlifliyə vurulan ağır zərbənin qarşısının alınması üçün
müvafiq beynəlxalq qurumlara müraciət edilib. Təəssüflər olsun ki, onlar bu
günə qədər işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən biomüxtəlifliyə
vurulan zərbənin qarşısını almaq üçün hər hansı bir ciddi addım atmayıblar.
Erməni separatistləri tərəfindən
Dağlıq Qarabağ ərazilərinin işğalı zamanı, Xarıbülbülün vətəni Azərbaycanın
qədim mədəni və musiqi mərkəzi Şuşa şəhəri də işğal olundu. Erməni aqressiyası
Azərbaycana heç bir ölçüyə sığmayan böyük itkilər gətirdi. Böyük bir ərazidə
tarixi, mədəni və tarixi abidələr, məscidlər, qədimi yaşayış yerləri dağıdıldı.
Dünya yaradıcılığında iz qoymuş məşhur bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün
və şairə Natəvanın abidələri güllələnmişdir. İyirmi faiz Azərbaycan torpağı
zəbt edildi, bir milyon əhali öz əcdadlarının torpaqlarından sürgün oldular.
İndi Qarabağımız kimi Xarıbülbülümüz də əsirlikdədir. Qürbətcənnətolsada,Vətənolabilməz.Bu,özünüzaman-zamantəsdiqetmiş həqiqətdir.Bütüncanlılarqəriblikdəsıxılır,darıxır.Yaradılış hərzamanVətənhavasınamöhtacdır.Doğma
torpaqdan havalananbirəsimyeldəonlarındərdinə dərmanolabilir.
Biz inanırıq ki, tezliklə işğala son
qoyulacaq və Qafqazda sülh bərqərar olunacaq, Şuşada, Dağlıq Qarabağda Azərbaycan
bayrağı ucalacaqdır. İnanırıq ki, bir gün qürurlu gül Xarıbülbül yenidən
ruhlanacaq və öz nəfəsi ilə doğma torpaqlarımızı isidəcəkdir.
Vüsalə İsmayılova,
Naxçıvan Dövlət
Universitetinin dosenti
