• cümə, 19 Aprel, 22:58
  • Baku Bakı 24°C

Sabahın hava proqnozu açıqlanıb

13.10.19 14:21 708
Sabahın hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək.

banner

Oxşar Xəbərlər