• cümə axşamı, 28 mart, 14:20
  • Baku Bakı 16°C

1 milyard gənc eşitmə itkisi ilə bağlı risk qrupuna daxildir

04.03.23 20:15 683
1 milyard gənc eşitmə itkisi ilə bağlı risk qrupuna daxildir

2050-ci ilə qədər təxminən 2,5 milyard insanın müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkəcəyi və 700 milyon insanın bu səbəbdən eşitmə reabilitasiyasına ehtiyacı olacağı proqnozlaşdırılır.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla bildirir ki, yüksək səslə musiqi dinləməyi sevən 1 milyard gənc və yeniyetmə eşitmə itkisi ilə bağlı risk qrupuna daxildir.

Dünya əhalisinin 5 faizdən çoxu - 430 milyondan çox insan eşitmə qüsurunu aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyacı var. Statistikaya görə, 2050-ci ilə qədər 700 milyondan çox insan və ya hər 10 nəfərdən biri əlillik dərəcəsində eşitmə itkisinə malik olacaq. Qulaq və eşitmə xidmətlərinin qlobal miqyasda genişləndirilməsi üçün adambaşına 1,40 ABŞ dollarına yaxın illik əlavə investisiyaya ehtiyac var.

Qeyd edilib ki, eşitmə qüsuru olan insanların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Eşitmə qüsurunun yaranması əksər hallarda yaşla əlaqəli olur və dünyada 60 yaşdan yuxarı şəxslərin 25 faizindən çoxu əlillik dərəcəsində eşitmə itkisindən əziyyət çəkir.

banner

Oxşar Xəbərlər