Avans ödənişlərinə nəzarət gücləndirilir
Azərbaycanda avans ödənişləri sahəsinə nəzarət gücləndirilir. Bunun nəticəsində 2022-ci ilin sonuna bu məbləğ 1,1 milyard manat təşkil edirdisə, 2023-cü ilin sonuna 900 milyon manata düşüb. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Artım güc strukturlarının hesabına olub, qeyri-güc strukturlarında isə azalma müşahidə edilir", - deyə o qeyd edib.
S. Şərifovun sözlərinə görə, 2023-cü il ərzində büdcə təşkilatları tərəfindən 3,19 milyard manat məbləğində yenidən avans ödənişləri edilib və eyni zamanda 1,8 milyard manatlıq avanslar bağlanılıb: "Bağlanmış avansların 1,126 milyard manatı və ya 62 %-i bundan əvvəlki illərdə verilən avans məbləğlərdir. Bu il yanvarın 1-nə qalıq avans məbləği isə 580 milyon manat təşkil edib".
Nazir əlavə edib ki, bu ilin əvvəlinə avans ödənişlərin həcmi 4,4 milyard manata qədər artıb: "Bu məbləğin 78,8 %-i güc strukturlarının payına düşüb. Bu da başa düşüləndir: malların, sursatların alınması, istehsal edilməsi üçün uzunmüddətli müqavilələr bağlamaq məcburiyyətindəyik".