• çərşənbə axşamı, 15 oktyabr, 03:53
  • Baku Bakı 15°C

Anar Cəbrayıllı: “Tərəfimizdən ləğv edilən qanunsuz su xətti növbəti gün yenidən çəkilib”

26.05.23 17:49 1066
Anar Cəbrayıllı: “Tərəfimizdən ləğv edilən qanunsuz su xətti növbəti gün yenidən çəkilib”

“Bütün dünyada olduğu kimi Azərbaycanda da şirin su ehtiyatlarından ciddi azalma müşahidə olunur”. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb. 

O qeyd edib ki, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib: 

“Ötən dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi neqativ hallara rast gəlinib. Məsələn, “Azərsu” abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edirlər. 
Bəzi şəxslər isə qurum abonenti deyil, heç bir sayğacı yoxdur, qanunsuz şəkildə su ehtiyatlarından istifadə edirlər. İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. 

Abşeron rayonunda bu komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum oldu ki, burada böyük həcmdə su istifadə edilib. Tərəfimizdən qanunsuz su xətti ləğv edilib. Amma növbəti gün aydın oldu ki, su xətti yenidən çəkilib. Buna yol verən isə ərazidəki obyekt sahibləri olublar. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldurublar”.

banner

Oxşar Xəbərlər