• cümə axşamı, 26 dekabr, 20:30
  • Baku Bakı 9°C

"Ağbənd” razılaşdırma mərhələsindədir

08.06.24 00:20 3140
"Ağbənd” razılaşdırma mərhələsindədir

Zəngilan ərazisində yerləşən “Ağbənd” gömrük-keçid məntəqəsi ilə bağlı layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə deyib.

O bildirib ki, DGK-nın gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və maddi-texniki təchizatın daha da artırılması istiqamətində kompleks tədbirlər planı var: “Azərbaycanın tranzit cəlbediciliyinin artırılması ilə bağlı bir sıra gömrük sərhəd-buraxılış məntəqələrində yenidənqurma və bərpa işləri nəzərdə tutulub. Bütün bu işlərlə bağlı bir sıra layihələr hazırlanır. Bu layihələr aidiyyəti dövlət qurumları ilə müəyyən razılıq prosesindən keçməlidir və hazırda işlər bu mərhələdədir. Bəzi layihələr isə demək olar ki, hazırdır”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır.

 

banner

Oxşar Xəbərlər