• çərşənbə, 24 Aprel, 06:34
  • Baku Bakı 13°C

ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”

03.02.23 16:57 539
ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”

“ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin (SGC) reallaşdırılması təklifini çox dəstəkləyib”.

Bunu “Report”a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinin müşaviri Laura Loxman deyib.

Onun sözlərinə görə, Avropa qitəsi hazırda enerji böhranı yaşayır.

“Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın etibarsız mənbələrdir. Həm də hamımız enerji mənbələrimizi şaxələndirməliyik. Cənub Qaz Dəhlizi tarixən mühüm rol oynayıb, o, dövlət və özəl sektoru bir araya gətirən böyük layihə olub və indi biz onun faydaları ilə yanaşı, uğurlarını da görürük və onun gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”, - L.Loxman bildirib.

banner

Oxşar Xəbərlər