• çərşənbə axşamı, 16 aprel, 21:20
  • Baku Bakı 18°C

ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

11.08.22 09:59 756
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

ABŞ-da ehtiyatların rekord səviyyəyə çatması haqqında xəbərlər nefti ucuzlaşdırıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,38% ucuzlaşaraq 1 bareli 97,03 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,41% aşağı düşərək 1 bareli 91,55 ABŞ dolları təşkil edib.

Ucuzlaşmanı şərtləndirən amil ABŞ-da statistikanın açıqlanmasıdır. Belə ki, avqustun 5-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 5,5 milyon barel, yaxud 1,3% artaraq 432 milyon barelə çatıb.

banner

Oxşar Xəbərlər