AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özəl sektorda 110 min əmək müqaviləsi artıb

Özəl sektorda 110 min əmək müqaviləsi artıb

İqtisadiyyat
03 İyul 2020, 12:51 239
Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görülən işlərin müsbət nəticəsi kimi özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87,2 min, yanvarın 1-dən isə 110 min artaraq iyulun 1-də 751,3 minə çatıb.