• cümə axşamı, 28 mart, 19:47
  • Baku Bakı 13°C

Zakir Həsənov: “Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”

16.04.17 15:21 826
Zakir Həsənov: “Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”
"İran Azərbaycanla dost və qardaş ölkədir. Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”.APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziriZakir Həsənovİran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanla görüşdə bildirib.
Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin son görüşləri bu əməkdaşlıq üçün lazımi şərait yaranıb: "Azərbaycan iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik”.
Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmağın zəruriliyini vurğulayıb.
banner

Oxşar Xəbərlər