• cümə axşamı, 25 aprel, 03:50
  • Baku Bakı 19°C

Yunanıstanda elektrik enerjisi Avropada ən baha qiymətə satılır

15.10.19 10:00 463
Yunanıstanda elektrik enerjisi Avropada ən baha qiymətə satılır
Avropa İttifaqında göstəricilərinə görə Yunanıstanda elektrik enerjisinin qiyməti digər üzv ölkələrdən bahadır.
AZƏRTACxəbər verir ki, Yunanıstanda enerjinin topdan satış qiyməti ümumi Avropa qiymətindən 22,2 avro çoxdur. Avropada 1 meqavat/saat elektrik enerjisinin topdan satış qiyməti 43,3 avrodursa, Yunanıstanda bu qiymət 65,5 avrodur. Ölkədə elektrik enerjisinin qiymətinin baha olması burada olan mürəkkəb enerji sistemindən irəli gəlir. Yunanıstandan sonra ən baha qiymət bir 1 meqavat/saata görə Maltada 63,9 avro və Polşada 56,4 avro təşkil edir. Hər iki dövlətdə elektrik enerjisinin qiymətinin yüksək olması mürəkkəb, mərkəzləşməmiş enerji sisteminin olması ilə izah olunur.
banner

Oxşar Xəbərlər