AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil

Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil

Cəmiyyət
27 Oktyabr 2020, 21:46 179

Ermənistanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi digər cinayətlərə əlavə olaraq daha bir hərbi cinayətdir.

Bunu Trend-ə livanlı vəkil Tarik Şandib deyib.

O bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq uşaqların və həddi-buluğa çatmayanların müharibə və münaqişələrdə istismar edilməsi hərbi cinayətdir.

Vəkil əlavə edib ki, bu əməl dünya və beynəlxalq ictimaiyyətə qarşı ən ciddi cinayətlərdəndir və buna görə beynəlxalq cinayət hüququna əsasən cəza nəzərdə tutulub:

"Beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayətlərinə qarşı çıxış etməlidir və bu əməlləri həyata keçirən hərbi vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidir”.