• cümə, 26 Aprel, 14:25
  • Baku Bakı 23°C

Yeni marşrutlar yaradılır

14.11.18 16:00 568
Yeni marşrutlar yaradılır
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanacaq-energetika kompleksi sahəsində prioritetli məsələləri göstərdi.
AZƏRTACTürkmənistanın neft-qaz kompleksinin "NEBIT-QAZ” elektron qəzetinə istinadla xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabineti sədrinin bəzi müavinlərinin, bir sıra nazirlik və sahəvi idarə rəhbərlərinin, həmçinin Aşqabad hakiminin iştirakı ilə növbəti videoselektor müşavirəsində milli iqtisadiyyatın, o cümlədən neft-qaz sahəsinin inkişafının prioritetli məsələlərini göstərib.
Dövlət başçısı Baş nazirin müavini M.Meredova neft-qaz sektorunun şaxələndirilməsi, onun infrastrukturunun modernləşdirilməsi, həmçinin iri investisiya layihələrinin vaxtında icrasına nəzarət, o cümlədən Türkmənistandan enerjidaşıyıcılarının dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılması və müasir qaz emalı komplekslərinin tikintisi üzrə konkret tapşırıqlar verib.
Xatırladaq ki, Türkmənistan Avropa bazarına təbii qaz satışı imkanlarını nəzərdən keçirir. Transxəzər Qaz kəmərinin tikintisi və türkmən qazının Cənub Qaz Dəhlizi üzrə Avropa ölkələrinə çatdırılması barədə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla fəal danışıqlar aparılır.
banner

Oxşar Xəbərlər