• cümə, 26 Aprel, 11:32
  • Baku Bakı 12°C

Yeni boru kəməri şirkəti yaradıldı

14.11.14 09:58 1230
Yeni boru kəməri şirkəti yaradıldı
“Türkmənqaz” dövlət konserni, “Afghan Gas” müəssisəsi, Inter State Gas Systems (Private) Limited şirkəti (Pakistan) və Hindistanın GAIL şirkəti arasında bərabər iştirak payı metodu əsasında “TƏPH” - Türkmənistan-Əfqanıstan-Pakistan- Hindistan boru kəməri şirkəti təsis edilib.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Asiya İnkişaf Bankının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 2013-cü ildə “TƏPH”-ə üzv dövlətlər tərəfindən boru kəməri şirkətinin yaradılması, həmçinin kəmərin tikintisi və istismarına rəhbərlik edəcək kommersiya konsorsiumunun liderinin müəyyən edilməsi üzrə tranzaksiya müşaviri təyin olunub.
Plana əsasən, 1800 km uzunluğu olacaq “TƏPH” boru kəməri ilə ildə 33 mlrd kubmetr Türkmənistan qazının ixrac olunacağı nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər