• cümə, 26 Aprel, 17:06
  • Baku Bakı 23°C

Yaşayış evlərinin tikintisi üçün yeni Sərəncam

06.02.15 13:20 1171
Yaşayış evlərinin tikintisi üçün yeni Sərəncam
Prezident İlham Əliyev ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişilik edilməsi ilə bağlı sərəncam imzalayıb. AzərTAc-ın məlumatına görə, qanuna edilmiş dəyişikliyə əsasən, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz.
Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.
banner

Oxşar Xəbərlər