• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

Yaponiya şirkətləri İrandan neft tədarükünü dayandırıb

21.09.18 14:00 528
Yaponiya şirkətləri İrandan neft tədarükünü dayandırıb
Yaponiyanın neft şirkətləri İrandan neft tədarükünü dayandırıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yaponiya Neft Assosiasiyasının prezidenti Takashi Tsukioka bildirib. Yaponiyanın neft şirkətləri hökumətin rəsmi Tehrana qarşı sanksiyalarda güzətlərlə bağlı ABŞ-la davam etdirdiyi danışıqlar nəticə verənə qədər İrandan tədarükünü dayandırıb.
"Bütün şirkətlər eyni qərara gələrək neft tədarükünü müvəqqəti dayandırıb və proses diqqətlə izlənilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər