YAP Gəncə şəhər təşkilatında partiyanın yaradılmasının 27-ci ildönümü qeyd olunub
Noyabrın
21-də YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının
27-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Azərbaycan
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Gəncə şəhər təşkilatının
məsul işçiləri, partiya veteranları və fəalları iştirak ediblər.
YAP
Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov çıxış edərək, Azərbaycanın
müasir siyasi tarixinin ən şərəfli hadisələrindən biri olan Yeni Azərbaycan
Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını
səmimi qəlbdən təbrik edib, partiyanın yaranmasından, Azərbaycan dövlətçiliyinin
ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi
olaraq tarixi zərurətdən yarandığından, bu illər ərzində partiyanın əldə etdiyi
nailiyyətlərdən danışıb.
YAP
Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi Hüseyn Budaqov
çıxışında qeyd edib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz
sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir.
YAP Gəncə şəhər təşkilatı
Gənclər Birliyinin sədri Kamran Abbasov ölkədə Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan gənclər siyasətindən danışıb, xalqına, dövlətinə bağlı Azərbaycan
gəncliyinin hakim partiyanın sıralarında cəmləşdiyini vurğulayıb.
DİİXİ
Hİ Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Dövlət Universitetinin
dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov, Xalq artisti Məmmədəli
Balayev çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurulmasında və
respublikamızın inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətlərindən
danışıblar.