Yanvar-noyabr aylarında hava nəqliyyatı ilə yükdaşıma 23,6 faiz artıb
2016-ci ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 1835,9 min və ya 7,9 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 23,6 faiz artaraq 142,5 min tona çatıb.