• cümə, 26 Aprel, 18:35
  • Baku Bakı 22°C

Yanvar-may aylarında məişət soyuducularının istehsalı 27 faizədək artıb

20.06.19 14:15 449
Yanvar-may aylarında məişət soyuducularının istehsalı 27 faizədək artıb
Bu ilin ilk 5 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 97,4 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 7,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 8,8 faiz azalıb.
Beş ayda əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 86,7 faiz, məişət soyuducularının istehsalı 26,8 faiz artıb.
banner

Oxşar Xəbərlər