• şənbə, 27 Aprel, 01:23
  • Baku Bakı 14°C

Yanvar-fevral aylarında ümumi daxili məhsul 1,3 faiz artıb

16.03.18 09:20 537
Yanvar-fevral aylarında ümumi daxili məhsul 1,3 faiz artıb
Yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 11541,5 milyon manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, ÜDM istehsalının 48,3 faizi sənayedə, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,9 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 faizini təşkil edib.
2017-ci ilin ilk iki ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.
banner

Oxşar Xəbərlər