Yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 2370,5 milyon manat vəsait daxil olub
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən yanvar-fevral aylarında dövlət büdcəsinə 2370,5 milyon manat vəsait daxil olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, büdcədən 2191,7 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 178,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,8 faizi səviyyəsində olub.