Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək
pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.
Artıq Bakı və
Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının
maliyyələşdirilməsi təmin edilib.
Yaxın günlərdə
isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə
pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də respublikanın digər
rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan
pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.
Ümumilikdə
yanvar ayının pensiyalarının elə bu ay ərzində də ödənişi başa çatdırılacaq.
Həmçinin bu ay ərzində
pensiyaçıların təqribən 94 faizinin pensiyalarının ötən ilin ölkə üzrə orta
aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək
artırılması nəzərdə tutulur. Artım pensiyanın 2019-cu ilin 1 yanvar tarixinə
olan məbləğinə tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası
ilə birgə veriləcək.