• cümə, 26 Aprel, 11:55
  • Baku Bakı 12°C

Yanvar ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

29.01.21 21:00 504
Yanvar ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə bütün növ müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
BunuKaspi.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
Yanvar ayı üzrə 550 min nəfərə yaxın vətəndaşa müavinət, təqaüd və kompensasiya ödənilib.
banner

Oxşar Xəbərlər