• cümə, 26 Aprel, 22:52
  • Baku Bakı 22°C

Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub

24.09.18 12:00 389
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 151,8 milyon ton yük və 1 milyon 279,1 min sərnişin daşınıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 1,3 faiz artıb. Yüklərin 65,0 faizi avtomobil, 25,2 faizi boru kəməri, 6,0 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
banner

Oxşar Xəbərlər