AZE | RUS | ENG |

“Yanardağ” Qoruğunda yoqa və poeziya axşamı keçirilib - Fotolar

“Yanardağ” Qoruğunda yoqa və poeziya axşamı keçirilib - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib

İyulun 7-də "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda "SÖZ” adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib.

Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib.

Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, "7” rəqəminin mistik məna daşıdığını ehtiva edir. Bu axşam poeziya ilə yoqa vəhdət təşkil edəcək.

Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayıb, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə giriblər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edib.

Amsterdamda yaşayan həmyerlimiz Mira yoqa sessiyasını davam etdirərək qədim hind rəqsini nümayiş etdirib.

Sonra bədii hissə başlayıb. Firdovsi və Mehman Rəsulov qardaşları, Nigar Həsənzadə musiqi sədaları altında öz şeirlərini oxuyublar. Onların ardınca digər gənc şairlər Azərbaycan və rus dillərində şeirlər ifa ediblər.

Sonda Leyla Əliyeva öz şeirini oxuyub.

İştirakçılar Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "SÖZ” adlı ədəbi layihənin məqsədi ölkəmizdə həm ana dilində, həm də xarici dillərdə yazıb-yaradan gənc ədəbi nəslin formalaşdırılmasıdır.
 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973