AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik

Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik

İqtisadiyyat
23 Noyabr 2020, 16:10 234
Havaların son günlər yağıntılı keçməsi pambıq yığımı üçün əlverişli deyil.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəis müavini Rəfail Mahmudov deyib. O bildirib ki, yağıntılı hava pambıq yığımına mane olur:

"İndiyə qədər 300 min tondan artıq pambıq yığmışıq. Bu rəqəm ötənilki göstəricidən də yüksəkdir. Bəzi sahələrdə hələ də pambıq var. Müharibə nəticəsində Tərtər, Bərdə, Ağcabədi rayonlarında pambıq yığımında bir az geriləmə vardı. Amma artıq bu problem də aradan qaldırılıb. Son bir həftə ərzində bu ərazilərdə yetişdirilən pambıqların əksər hissəsi yığlıb. Ona görə də yağıntılı hava şəraiti pambıq yığımına o qədər də təsir etmədi".