• cümə, 26 Aprel, 08:41
  • Baku Bakı 12°C

Xəzərdə elmi tədqiqatlar sahəsində əməkdaşlığa dair saziş layihəsinin müzakirəsi məqsədilə Aşqabadda görüş keçiriləcək

01.02.20 21:30 3757
Xəzərdə elmi tədqiqatlar sahəsində əməkdaşlığa dair saziş layihəsinin müzakirəsi məqsədilə Aşqabadda görüş keçiriləcək
Fevralın 6-7-də Aşqabadda Xəzər dənizində elmi tədqiqatlar aparılması sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi məqsədilə Xəzəryanı ölkələrin nümayəndələri ilə görüş keçiriləcək.
AZƏRTACxəbər verir ki, görüş Xəzəryanı ölkələrlə əməkdaşlığı daha da inkişaf etdirmək, Xəzər dənizindəki bütün işləri elmi əsaslarla həyata keçirmək, təbii və texnogen hadisələri izləmək, habelə proqnoz sistemlərində hüquqi bazanı möhkəmləndirmək məqsədilə keçiriləcək.
Bundan başqa, fevralın 3-5-də Aşqabadda Xəzər dənizinin bioloji ehtiyatlarına qarşı qanunsuz balıq ovu (brakonyerlik) ilə mübarizə sahəsində əməkdaşlıq haqqında protokol layihəsinin müzakirəsi üçün Xəzəryanı ölkələrin nümayəndələri ilə görüş keçiriləcək.

banner

Oxşar Xəbərlər