• cümə, 26 Aprel, 16:36
  • Baku Bakı 23°C

Xarici müəssisə və təşkilatlar əsas kapitala 3631,1 milyon manat vəsait yönəldiblər

21.09.18 10:30 400
Xarici müəssisə və təşkilatlar əsas kapitala 3631,1 milyon manat vəsait yönəldiblər
2018-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3631,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2915,0 milyon manatı (80,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 79,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
banner

Oxşar Xəbərlər