• cümə, 26 Aprel, 16:26
  • Baku Bakı 23°C

Vüsal Qasımlı: İlk 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard dollar qiymətləndirilir

02.10.20 13:13 435
Vüsal Qasımlı: İlk 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard dollar qiymətləndirilir
lk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilmişdir.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib: "İ Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir”.
V.Qasımlı həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: "Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir.”
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.

banner

Oxşar Xəbərlər