AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vəzifəli və hüquqi şəxslərlə bağlı yüksək məbləğdə yeni cərimələr təsdiq edildi

Vəzifəli və hüquqi şəxslərlə bağlı yüksək məbləğdə yeni cərimələr təsdiq edildi

İqtisadiyyat
29 İyun 2020, 13:15 179
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, təklifə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 370-2-ci maddə əlavə edilir:
"Maddə 370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması
370-2.1. Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
370-2.2. Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.".
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.