• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

Valeh Ələsgərov: “AŞPA ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”

15.03.17 12:20 745
Valeh Ələsgərov: “AŞPA ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”
"AzərbaycanAvropa ŞurasıParlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq bu, qarşılıqlı hörmətə əsaslanmalıdır”.
APA-nın məlumatına görə, bu sözləri BakıdaAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib.
Avropa İttifaqının 2 milyon qaçqının probleminin həllində çətinliklərlə üzləşdiyini söyləyən V. Ələsgərov Azərbaycanın vaxtilə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini və onların problemlərinin həlli istiqamətində ciddi işlər gördüyünü vurğulayıb: "Əgər dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli, ikili standartlardan uzaq mövqe tutsaydı, bu gün dünya belə problemlərlə üzləşməzdi. Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Komitəyə fəaliyyətində uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər