• cümə, 26 Aprel, 14:14
  • Baku Bakı 23°C

“Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

08.12.14 13:42 2126
“Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb
Ulduz Şokolad Fabrikinin sponsorluğu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Kainat” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə tələbələrarası “Ulduz” Məntiq Olimpiadası layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədzadə “Kaspi”yə bildirib ki, Şirkətlər Qrupunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində həyata keçirilən bu layihəyə müxtəlif ali məktəblərdə təhsil alan 500-ə qədər tələbə qatılıb.
Tədbirdə çıxış edən fabrik rəhbərliyi qeyd edib ki, “Ulduz” Şokolad Fabriki hər zaman gənclərə dəstək verib, onların bilik və bacarıqlarının müəyyən edilməsi və artırılması istiqamətində silsilə tədbirlərini bundan sonra da davam etdirəcəkdir.
Sonda qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırılıblar.

banner

Oxşar Xəbərlər